!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dezinformasiyanı həqiqətdən necə AYIRAQ? - “İP uğrunda mübarizə aparmaqdansa...” – Media EKSPERTİ

!Reklam – Yazi

“Əgər mənbə qaranlıq və qeyri-şəffafdırsa, oxucu mətni öz süzgəcindən keçirərək həmin məlumatların dəqiqliyinə şübhə ilə yanaşmalıdır”.

Bunu “yaranan həssas vəziyyətlərdə dezinformasiyanı həqiqətdən necə ayırmaq lazımdır?” sualını cavablandıran Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, mətbuat cəmiyyətə və oxuculara yalan məlumat verməməlidir:

“Biz jurnalistlərin borcu oxucunu həqiqi informasiyalarla təmin etməkdir. Bu kimi həssas vəziyyətlərdə oxucuları aldatmağa, çaş-baş salmağa heç kəsin ixtiyarı yoxdur. Ən azından bugünkü günlərdə əsgərlərimizi, onların ailəsini düşünərək İP uğrunda mübarizədən imtina etmək lazımdır. Media oxuculara həqiqəti çatdırmalıdır.

Oxucular isə dezinformasiyanı ayırmağı bacarmalıdır. Oxuduğu mətni analiz etməlidir. Ən önəmlisi isə rəsmi mənbələrdən yayılan məlumatlara istinad etməlidir. Xəbərin mənbəyinə baxmalıdır. Əgər KİV oxucuya rəsmi mənbələrə istinadən xəbər çatdırırsa, onun etibarına inanmalıdır. Yox, əgər mənbə qaranlıq və qeyri-şəffafdırsa, oxucu mətni öz süzgəcindən keçirərək həmin məlumatların dəqiqliyinə şübhə ilə yanaşmalıdır. Oxucunun buna haqqı var”.

Nəsimi Ələsgərli

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv