Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Die Welt qəzeti: Vaşinqton layihəni durdura bilməyəcək

“Uzun illər boyunca ABŞ “Şimal axını-2” qaz kəmərinin tikintisinə mane olmağa çalışır, lakin Vaşinqtonun bütün cəhdləri müvəffəqiyyətsizliyə məhkumdur”.

Yenicag.az bildirir ki, bu fikirlərlə Almaniyanın nüfuzlu “Die Welt” qəzeti çıxış edib.

Keçən həftə Vaşinqtonda qaz məsələləri üzrə konfrans keçirildi. İştirakçıları bir sual maraqlandırırdı: layihəni dayandırmağı arzu edən Donald Tramp nə qədər “uzağa gedə” bilər?

Məsələni şərh edən Die Welt qeyd edir ki, ABŞ prezidentinin energetika siyasəti hələlik “məhsul vermir”: “Almaniya sözügedən qaz kəmərinin tikintisini dəstəklədi, İsveç və Finlandiya da həmçinin layihənin baş tutması üçün öz müsbət rəyini verdi”, – qəzet yazır.

“Tramp özünün son zərbəsi kimi “Qazprom”da paya malik olan Qərbin 5 energetika konserninə qarşı sanksiyalar tətbiq edə bilər. Lakin hətta bu halda belə “Şimal axını-2″nin tikintisini dayandırmaq mümkün olmayacaq”, – qəzet izah edir.

Məqalədə o da bildirilir ki, Trampın Avropa Birliyinə qarşı elan etdiyi ticarət müharibəsi əks-effekt verərək, avropalıları Rusiya ilə birgə layihənin həyata keçirilməsində daha da qətiyyətli etdi.

Məlumat üçün bildirək ki, layihənin maliyyə direktoru Pol Korkoran öz növbəsində, “Şimal axını-2″nin həyata keçirilməsi üçün maliyyə dəstəyinin gələcəyinə əmin olduğunu bildirmişdi: “Bütün maneələrə baxmayaraq, istənilən halda bu layihəyə maliyyə dəstəkçisi tapılacaq”.

Zaur H.

www.yenicag.az

971
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS