Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Digər dillərdə tədris aparılan bölmələr üzrə I sinfə qəbulda YENİLİK

“2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı, əgər valideyn digər dildə tədris aparılan bölmə seçərsə bu zaman uşağın müsahibədə iştirak etməsi tələb olunacaq”.

Yenicag.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki, valideyn uşağının müsahibədə iştirak etməsi üçün şəxsi kabinet yaradıb, elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə Komissiyasına müsahibəyə yazılır: “Müsahibənin yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır”.

BŞTİ rəsmisi əlavə edib ki, müsahibənin nəticəsi 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

O, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyatın hansı formada aparılacağı məsələsinə də aydınlıq gətirib: “Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, “Ərazi üzrə” bölməsini seçərək övladının həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən uğurla keçməsindən sonra təhsil müəssisəsinə sorğu yerləşdirə bilərlər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər”.

www.yenicag.az

2111