Dilənçilik edənlər paytaxtdan çıxarıldı

media-hightechnic-468x90

75891Polis avaralıq və dilənçiliklə məşğul olan 20 nəfəri paytaxtdan rayona göndərib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşları paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 20 nəfəri müəyyən edərək barələrində inzibati qaydada protokol tərtib ediblər.

Onlardan 5 nəfəri kişi, 8 nəfəri qadın, 7 nəfəri isə azyaşlıdır.

Daha sonra saxlanılanların qeydiyyada olduqları rayona göndərilməsi təmin edilib.

Xatırladaq ki, yanvar ayının 3-də paytaxt ərazisində dilənçiliklə məşğul olduqlarına görə 78 nəfər saxlanılıb. Onlardan 72 nəfəri Binəqədi rayonu ərazisində polislər tərəfindən (22 qadın, 17 kişi və 33 azyaşlı) xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı rayonuna göndəriliblər.

Daha 6 nəfər isə Nərimanov rayonu ərazisində (2 qadın və 4 azyaşlı) saxlanılıb. Onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Yevlax rayonuna göndəriliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600