DİM-dən açıqlama: "Gün ərzində məlumat veriləcək"

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən magistratura imtahanlarında əlverişsiz hava şəraiti və yollardakı tıxac səbəbindən iştirak edə bilməyən namizədlərin şikayətlərinə reaksiya verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qurumun Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı xüsusi açıqlama verib. O, yaranmış vəziyyətin diqqətdə olduğunu və namizədləri maraqlandıran suallara yaxın saatlarda aydınlıq gətiriləcəyini bildirib:

“Dünənki narahatedici məsələ ilə bağlı yaxın saatlarda yekun qərar veriləcək. Gün ərzində məsələ ilə bağlı ictimaiyyətə geniş və ətraflı məlumat təqdim olunacaq”.

Xatırladaq ki, mayın 17-də paytaxtda müşahidə olunan intensiv yağışlar və nəqliyyatın iflic olması səbəbindən onlarla magistr namizədi imtahan mərkəzlərinə vaxtında çata bilməmiş, sosial şəbəkələrdə və mediada DİM-dən güzəştli qərar gözlədiklərini ifadə etmişdilər.

Hazırda minlərlə namizəd və onların valideynləri DİM-in bu gün açıqlayacağı yekun qərarı gözləyir.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05