!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-in imtahan qrafikinə ETİRAZ: "Mart və apreldə keçirilməsi doğru deyil"

!Reklam – Yazi

“DİM nəzərə almalıdır ki, mart və aprel aylarından sonra məktəbin əhəmiyyəti itir”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) 2022-ci ildə keçiriləcək imtahanların yayımlanan qrafikinin şagirdlər və müəllimlər tərəfindən birmənalı qarşılanmamasına münasibət bildirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, nəzərdə tutulan dəyişikliyin narazılığa səbəb olması başadüşüləndir:

“Dövlət İmtahan Mərkəzi imtahanları mart və aprel aylarına elan edib. Bu qrafikin narazılığa səbəb olması ilə bağlı məsələ budur ki, tədris ili bitmədən buraxılış imtahanlarının keçirilməsinin nə dərəcədə doğru olması sual altındadır. DİM-in bu imtahanları may və iyun aylarının sonu keçirməməklə nə qazanacağı  məlum deyil. İmtahanların mart və apreldə keçirilməsi doğru deyil. Çünki tədris materiallarının hamısı keçirilmir.

Ən azı təhsilalanların yekun attestasiyası haqqında Nazirlər Kabinetinin 12 dekabr 2016-ci il tarixli 498 nömrəli qərarı var. Qərarda ümumitəhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının keçirilməsi qaydaları əks olunub. Belə ki, hər il tədris başlayandan ən azı bir ay sonra DİM ilə Təhsil Nazirliyi birgə imtahana düşəcək materiallarla bağlı təhsilalanları məlumatlandırmalıdır. Eyni zamanda imtahanların vaxtına qısa müddət qalanda ictimaiyyətə açıqlama verilməlidir.

DİM nəzərə almalıdır ki, mart və aprel aylarından sonra məktəbin əhəmiyyəti itir. DİM dəyişiklik etməklə vəziyyəti çətinləşdirir. Fikrimcə, buraxılış imtahanları ən yaxşı halda mayın sonuncu həftəsi və iyunun əvvəli keçirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv