!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-in təşkil etdiyi buraxılış imtahanı yenə müzakirələrə səbəb oldu

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında 2020/2021-ci tədris ili üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Yenicag.az-ın məlumatına görə imtahan verən şagirdlər sosial şəbəkələrdə öz narazılıqlarını dilə gətiriblər.

Onlar Azərbaycan dili fənni üzrə mətnli testlərin çətinliyindən şikayətləniblər. Şagirdlər mətnin həcminin genişliyi və ingilis dilindən dinləmə mətnlərinin səsləndirilməsindəki problemlərdən narazı qalıblar.

Qeyd edək ki, imtahanlarda dinləmə mətnlərinin tətbiq edildiyi ilk ildən etibarən hər il şagird və abituriyentlər səsləndirmə zamanı yaşanan problemləri dilə gətirirlər. Lakin görünən odur ki, DİM tərəfindən mövcud problemlər həll edilməmiş qalır.

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv