Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN-dən əməliyyat - 46 nəfər saxlanıldı

Ötən gün törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

www.yenicag.az

868