!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN: Qazaxda mal-qaranın oğurlanması araşdırılır

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qarasının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Report-un sorğununa cavab olaraq bildirib ki, videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:

“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qarasının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv