Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dini icmalara 2,5 milyon manatlıq yardım

65209 (2)Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

Loading...

www.yenicag.az

506