Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dini idarənin "baldızla zina" cavabı GÜNDƏM OLDU - Sosial şəbəklər bir-birinə dəydi

Türkiyə Dini İşlər İdarəsi tərəfindən nəşr edilən “Fətvalar” kitabında zina ilə bağlı qeyd edilənlər sosial şəbəkələri bir-birinə qatıb.

Yencag.az xəbər verir ki, sözügedən kitabda ər-arvaddan birinin zina etməsinin nikahı pozmayacağı qeyd edilib.

Lakin kitabda etirazla qarşılanan “Baldızı ilə zina edən şəxsin nikahı “boş” olar?” sualına cavabın verildiyi hissədir.

Həmin sual kitabda belə cavablandırılıb:

“Zina böyük günahlardan olmaqla yanaşı, cütlüklərdən birinin zina etməsi bu əməli halal görmədikcə nikahlara zərər verməz. Baldızla edilən zinanın nikahı sonlandırmaması baldızla evlənmə qadağasının əbədi deyil, keçici olmasından qaynaqlanır”.

Qeyd edək ki, baldızla bağlı olan hissə Dini İşlər İdarəsi tərəfindən nəşr edilən “Fətvalar” kitabının 4-cü nəşrinə salınmayıb.

www.yenicag.az

2342
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100