Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin sayı artırıldı

media-hightechnic-468x90

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılaraq 98 olub.

Yenicag.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Qeyd edək ki, əvvəlki ştat vahidi 88 idi.

Sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600