!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Avtomobilini sığorta etdirməyən sürücülərin nəzərinə: "Cərimələnəcəksiz, həm də..."

!Reklam – Yazi

“Dolaşıq məlumatlara aldanmasınlar, sığorta müqaviləsinin müddəti bitənlər elektron qaydada yeni sığorta müqaviləsi bağlasınlar. Əks təqdirdə, həm cərimə oluna bilərsiz, həm də hadisə baş versə, bütün yük üzərinizdə qalacaq”.

Yenicag.az xəbər verir ki, ekspert Ərşad Hüseynov avtomobillərinin sığorta müddəti bitən sürücülərə səslənərək, onları xəbərdar edib.

Karantin dövründə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının müddəti bitdiyi halda cərimə tətbiqi məsələsində ziddiyyətli məlumatlar olduğunu qeyd edən ekspert sürücüləri avtomobillərini elektron qaydada icbari sığorta etdirməyə tələsdirib:

“3 gün əvvəl DYP bəyan etdi ki, karantin dövründə sürücyə elektron qərarla cərimə yazılmayacaq. Lakin bu məsələdə söhbət təkcə cərimədən getmir. Real hadisə baş verdikdə sürücünün vurduğu zərərin əvəzini sığortaçı (sığorta şirkəti) ödəyir. Sığorta şirkətlərinin müddəti bitmiş sığorta müqaviləsini tanıyacağı isə az inandırıcı idi. Gözlədiyim kimi də oldu. İcbari Sığorta Bürosu rəsmi məlumat verdi ki, müddət bitdikdə hər hansı təminat olmayacaq. Ardınca DYP məlumat yayıb ki, müddəti keçirsəniz, cərimələnəcəksiniz”.

Ə.Hüseynov karantin müddətində avtomobilindən istifadə etməyən sürücülərin cərimələnməyəcəyini vurğulayıb:

“Amma karantin dövründə avtomobildən heç istifadə etməyəcəksinizsə, narahat olmayn. Nə vaxt istifadə edəcəksinizsə, ondan bilavasitə əvvəl sığorta etdirə bilərsiniz. Cərimə yalnız o halda olur ki, sığorta müddəti bitdikdən sonra avtomobil istifadə olunsun. İstifadə yoxdursa, avtomobil qarajda və ya duracaqda dayanıbsa, cərimə yazıla bilməz”.

Ekspert elektron qaydada icbari sığorta əldə etməyin asan olduğunu da bildirib.

Cəvahir

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv