DİQQƏT! Bakının bu yollarında tıxac var

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqaməti sıxlıq

2. Yusif Səfərov küçəsi – Xocalı prospekti ilə kəsişmədən başlayaraq Babək prospekti istiqamətində sıxlıq

3. Gülarə Qədirbəyova küçəsi – Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq Təbriz küçəsi ilə kəsişməyədək sıxlıq

4. Ziya Bünyadov prospekti – Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Ələsgər Qayıbov küçəsi ilə kəsişməyədək Koroğlu metro stansiyası istiqaməti və Çermet körpüsü 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

6. Tbilisi prospekti – Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində və A.Salamzadə küçəsi kəsişmədən başlayaraq şəhər istiqamətində sıxlıq

7. Abbasqulu ağa Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq

8. Heydər Əliyev prospekti – kənar və əsas yol Heydər Əliyev adına mərkəzin yanınadək şəhər istiqamətində sıxlıq

9. Koroğlu Rəhimov küçəsi – F.Xoyski prospekti ilə kəsişmədən başlayaraq Gülarə Qədirbəyova küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600