!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT: Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.

www.yenicag.az

220
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100