Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq

“Qaz İxrac” İdarəsi bu gün səhər saat 09:00-dan etibarən “Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan “Mikrorayon” və “Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Bu zaman qaz xətti üzərində yerləşən diametri 250 mm olan siyirtmədə əmələ gəlmiş qaz sızmalarının ləğvi işləri icra ediləcək.

“Azəriqaz”dan Yenicag.az-a verilən məlumata görə, təmir işləri görülən vaxtda Nəsimi rayonu, 1 və 2-ci Alatava qəsəbələrində, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələrində, Tbilisi prospektində, Yasamal rayonunda, Binəqədi rayonu, 6, 7, 8 və 9-cu mikrorayonlar, Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, Vorovski yaşayış sahəsi, C.Xəndan küçəsinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Gün ərzində təmir işləri başa çatandan sonra qaz təminatının bərpası planlaşdırılır.

www.yenicag.az

481