Diqqət! Güclü külək bizi gözləyir

media-hightechnic-468x90

img1461250Həftənin ilk iş günü Bakıda güclü şimal küləyi əsəcək.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hal-hazırda müşahidə edilən küləkli hava sabah da davam edəcək.

iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37 dərəcə isti olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa