www.sinerjipro.net

SinerjiProWide
Reklam

04fe44547-8554-9f895688c86aYasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar bu gündən etibarən Mirzəağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib ki, qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzəağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcəkdir. Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyyə edilir.

Eyni zamanda Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd “Dayanmaq qadağandır” (3.27), 3 ədəd “Baş yol” (2.1), 4 ədəd “Dayanmadan keçmək qadağandır” (2.5), 6 ədəd “Giriş qadağandır” (3.1), 3 ədəd “Düzünə və ya sola hərəkət” (4.1.5), 2 ədəd “Düzünə hərəkət” (4.1.1), 1 ədəd “Birtərəfli hərəkət” (5.5) və 2 ədəd “Sola hərəkət” (4.1.3)) yol nişanının quraşdırılması nəzərdə tutulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."