Direktor yol qəzasına düşdü - Ölənlər var

media-hightechnic-468x90

Şəmkirdə “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub. 

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “VAZ” zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru, 1964-cü il təvəllüdlü  Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.

Hadisə zamanı habelə daha bir nəfər – 1967-ci il təvəllüdlü Abbasov Xaqani İslam oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa