Bakıda marşrut avtobusu qəzaya uğradı - VİDEO
Bakıda “Nizami” metro stansiyasının yaxınlığında 99-JT-101 nömrə nişanlı “79” nömrəli marşrut avtobusu minik avtomobilinə çırpılıb.
Yenicag.az xəbər verir ki, hadisə şahidlərinin məlumatına görə, sərnişin avtobusunda qəza zamanı yüngül xəsarət alanlar digər avtobusla daşınıblar.
Sözügedən avtobus “Xaliq Faiqoğlu” MMC-yə məxsusdur.
Nurlan Cəfəri













