Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Distant, yoxsa ənənəvi təhsil? - "Tələbələrin tədrisə əlçatanlığı təmin olunmur" - EKSPERT

“Distant tədris forması təhsilimizi məhvə doğru aparır”.

Bu sözləri ÜST-nin Azərbaycanda məktəblərin açılması ilə bağlı tövsiyəsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, Azərbaycanın təhsil sistemi distant tədrisə hazırlıqlı olmadığına görə bu tədris formasının tətbiqi gözlənilən effekti vermədi:

“Ölkədə ənənəvi tədrisin bərpa olunmasına ehtiyac var. Çünki ənənəvi təhsil şagird və tələbələr üçün daha əlçatandır. Distant tədris forması təhsilimizi məhvə doğru aparır. Ona görə ki, distant formada bütün şagird və tələbələrin tədrisə əlçatanlığı təmin olunmur. Ənənəvi tədrisin yoluxma sayının artmasına mümkün təsirlərinə gəlincə, onsuz da hər yer açıqdır. Kafe və restoranlar işləyir, ictimai nəqliyyatda sərnişin sıxlığı müşahidə olunur. Bu baxımdan, təhsil ocaqlarının bağlı qalması lazımsız qərardır. Sadəcə təhsil ocaqlarında maskadan istifadə etmək, müvafiq gigiyenik və şagirdlərin tək-tək oturması kimi qaydalara əməl olunması vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

243
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100