!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DK-2017: Azərbaycan və Türkiyə 3-cü yer uğrunda qarşılaşacaq

!Reklam – Yazi

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

Yeniçağ.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.

Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq. Finalda İran və ABŞ komandaları qarşılaşacaq.

Yeniçağ.az

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv