!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Doğum günündə geri çağrılıb, təkrar səfir göndərilən Gürsel İsmayılzadə kimdir? - DOSYE

!Reklam – Yazi

Gürsel Qüdrət oğlu İsmayılzadə ikinci dəfə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Gürsel İsmayılzadə birinci dəfə 16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev 15 yanvar 2019-cu il tarixində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadənin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Əslən xızılı olan İsmayılzadə Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.

Gürsel İsmayılzadə, 1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.

2010-11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.

İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.

Diplomatımızın atası isə görkəmli alim Qüdrət Seyfulla oğlu İsmayılzadədir. 1934-cü il təvəllüdlü Q.İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.

Onu da qeyd edək ki, 14 aylıq fasilədən sonra yenidən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunan Gürsel İsmayılzadə eyni zamanda ölkə Prezidentindən sonra dövlət büdcəsindən ən yüksək maaş alan ikinci şəxs olub.

Bekə ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (6 202 dollar) maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əməkhaqqısı 7752,5 dollar və ya mövcud məzənnə ilə 13 180 manat səviyyəsindədir.

www.yenicag.az

4453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv