!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Doktorantura və dissertantura səviyyəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ

!Reklam – Yazi

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan 16-19 iyun 2023-cü il tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən xəbərə görə, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılar kompüter proqramının “demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

https://xaricidil.dim-webinar.info/

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv