Dollar cüzi ucuzlaşıb

dollars_110215_2Bu gün mayın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0026 manat və ya 0,22% bahalaşaraq 1,1688 manat olub.