Dollar rekord həddə bahalaşıb

media-hightechnic-468x90

Türkiyədə ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə 3,70 lirə səviyyəsini ötüb.

media-banner_tuq

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Türkiyədə sənaye istehsalı göstəricisinin ötən ilin noyabr ayında oktyabrla müqayisədə dəyişməməsi, illik müqayisədə isə 2,7% artım göstərməsi olub. Belə ki, iqtisadçılar illik müqayisədə sənaye istehsalının 3,6% artmasını proqnozlaşdırmışdılar. Nəticədə, Türkiyənin valyuta bazarında məzənnə 3,7071 TRY/USD səviyyəsinə çatıb. Bununla da dolların məzənnəsi bu gün, yanvarın 9-da 1,6% möhkəmlənib.

“Report”un analitik qrupu Türkiyədə dolların məzənnəsinin 2017-ci ilin ilk rübündə 3,90 TRY/USD səviyyəsinə yaxınlaşacağını, 2017-ci il ərzində isə 4,00 TRY/USD-ni keçəcəyini proqnozlaşdırır. İnkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması əsasən yanvarın 20-də ABŞ-da keçiriləcək prezidentin inauqurasiya mərasimindən sonra baş verəcəyi gözlənilir.

 

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05