Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.
AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7025 səviyyəsində müəyyən edib.