Donaraq ölənlər var

Davamlı yağan qar özü ilə şaxta gətirib. Nyu-Yorkun qərb hissəsində fövqəladə vəziyyət olunub. Həmin ərazidə artıq dörd nəfərin şaxtadan donaraq öldüyü bildirilir.
Bu barədə agentliyə Amerikanın Milli Hava Xidməti Mərkəzi məlumat verib. Mütəxəssislər bildiriblər ki, 1976-cı ildən sonra ilk dəfədir ki, noyabrda belə soyuqlar müşahidə olunur.
Nyu-Yorkun qərbində yağan qarın qalınlığı 1,5 metrə çatıb. Bəzi yerlərdə isə bir gün ərzində yağan qarın qalınlığı 2 metrə yaxınlaşır.
Nyu-Yorkun rəhbəri Andrey Kuomo ərazidə fövqəladə vəziyyət elan edib və ABŞ-ın Milli Qvardiyası əraziyə yeridilib.
Hərbçilər güclü qasırğa və fəlakətli yağıntıların yaratdığı problemlərin həlli üçün yerli əhaliyə yardım edəcək. Bir çox yerlərdə yollar bağlanıb, avtomobillərin hərəkəti durdurulub.
Niaqara Universitetinin qadınlardan ibarət voleybol komandası 10 saatdan artıq avtobusda şaxtanın əsarəti altında qalıb.
(avropa.info)