Donbas separatçılarına BÖYÜK ŞOK – Girkinin sözləri Kremldə XAOS YARATDI

media-hightechnic-468x90

“Əslində, İqor Strelkovun dediklərində yeni bir şey yoxdur və bunlar həqiqətdir. Çünki doğrudan da Rusiyanın müharibənin birinci ilində Ukrayna ərazisində hücumları və işğal etdiyi ərazilərin tempi ilə, sonrakı dövrlərdə – xüsusən də son bir ildə ələ keçirdiyi ərazilərə baxdıqda, bunlar arasında olduqca böyük fərq görürük”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

O, Donbas separatçılarının sabiq “müdafiə naziri”, FSB polkovniki İqor Girkin Strelkovun aparılan əməliyyatlarda Rusiyanın uğursuzluqlarına diqqət çəkməsinin səbəblərini izah edib.

R. Bayramova görə, əvvəllər Rusiya daha sürətli şəkildə yeni ərazilər işğal edirdisə, artıq uzun müddətdir ki, faktiki olaraq çoxlu tələfat və texnika itkisi hesabına yalnız cüzi əraziləri ələ keçirə bilir:

“Hətta ələ keçirdiyi ərazilərin də çox vaxt özündə saxlaya bilmədiyi müşahidə olunur. Bu baxımdan, təbii ki, Strelkov bu istiqamətdə dediklərində haqlıdır. Həqiqətən də Rusiya tərəfinin hücumlarının effekti olduqca aşağı düşüb. Rusiyanın təbliğat maşınının hər gün “Ukrayna artıq dirənib, müharibəni davam etdirmək imkanları yoxdur” kimi açıqlamaları isə Ukraynanın son addımları fonunda blef olduğu üzə çıxır. Ukrayna əhalisinin müəyyən hissəsi məcburi şəkildə ölkəni tərk etsə də, böyük itkilər verməsinə baxmayaraq, şəxsi heyətlə bağlı çatışmazlığı yoxdur. Əgər şəxsi heyət problemi olsaydı, bu gün 18-22 yaşlı, hərbi mükəlləfiyyətli şəxslərin sərbəst şəkildə ölkədən çıxışına icazə verilməzdi. Bu icazənin verilməsi onu göstərir ki, Ukrayna ordusunda şəxsi heyətin komplektləşməsi ilə bağlı hər hansı bir problem yoxdur”.

Müsahibimiz əmindir ki, bu gün Ukraynanın artıq peşəkar ordusu var və döyüşənlərin böyük əksəriyyəti məhz peşəkarlardan ibarətdir:

“Yeniyetmələrin sayı orduda azlıq təşkil edir. Ukraynanın bu gün əsas ehtiyacı beynəlxalq dəstəkdir – Rusiyanın daxilinə zərbə vura biləcək texnika. Bu istiqamətdə müəyyən addımlar da atılır. İstənilən səviyyədə və miqdarda olmasa da, texnika və silah-sursat ötürülür. Xüsusilə də son dönəmdə ABŞ-nin NATO-ya satmaq şərti ilə Ukraynaya ötürdüyü raketlər göstərir ki, bundan sonrakı mərhələdə Rusiyanın irəliləməsi daha da çətinləşəcək”.

Siyasi təhlilçi söyləyib ki, qış aylarında hərbi texnikanın hərəkətinin məhdudlaşmasını nəzərə alsaq, əsasən uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları qarşıdurmada üstünlük təşkil edəcək:

“Bu da Rusiyanın qış aylarında irəliləmə tempinin daha da zəifləyəcəyini göstərir. Bu baxımdan Strelkov bunu Ukrayna sevgisi və ya başqa səbəblə deyil, sadəcə həqiqətləri çatdırmaq və vəziyyətin çıxılmaz olduğunu demək üçün bəyan edib. Rusiya üçün hər keçən gün təbii ki, vəziyyət daha da ağırlaşır. Əgər beynəlxalq birlik yekdil mövqedə dayanacaqsa və xüsusən də ABŞ tərəfindən uzun müddətdir gözlənilən ikinci dərəcəli sanksiyalar tətbiq ediləcəksə, bu, Rusiya iqtisadiyyatının çıxılmaz vəziyyətdə qalmasına gətirib çıxaracaq. Maliyyə çatışmazlığı isə yeni silah istehsalına və müharibənin davamına ciddi problem yaradacaq. Nəticə etibarilə hər keçən gün Rusiyanın daha ağır vəziyyətə düşəcəyini proqnozlaşdırmaq mümkündür”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa