!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donbasda azərbaycanlı snayper həlak oldu

!Reklam – Yazi

snayper olduruklduUkraynanın Donetsk və Luqansk ərazilərində Rusiyanın 2081 vətəndaşı ölüb və itkin düşüb. Bu, 2016-cı il martın 1-nə olan göstəricidir.

Virtualaz.org-un məlumatına görə, bu barədə hüquq müdafiəçisi və “Yük-200: Ukraynadan Rusiyaya” cəmiyyətinin təsisçisi Yelena Vasilyeva öz “Feysbuk” səhifəsində bildirib.

Vasilyeva həmçinin Ukraynanın şərqində həlak olan və itkin düşən rusiyalıların yenilənmiş siyahısını elan edib.

Hüquq müdafiəçisinin açıqladığı ölənlər siyahısında azərbaycanlının da adı var. Siyahıda 136-cı sırada yer alan azərbaycanlının adı Ramil Huseynlidir.

“Fidel” ləqəbli Ramil (21.05.1977 – 01.01.2015) Kazanda yaşayırmış və snayper olub. Hüquq müdafiəçilərinin məlumatına görə, onun cəsədi “Yük 200-lə” Azərbaycana göndərilib.

Qeyd edək ki, bu azərbaycanlıların yad müharibədə həlak olmasıyla bağlı ilk informasiya deyil. Və çətin ki, son olsun. Azərbaycanlıların Ukraynada vuruşduğu məlumdur. Həmyerlilərimiz orada həm hökumət qoşunlarının tərəfində, həm də rusiyameyilli separatçıların tərəfində vuruşurlar.

www.yenicag.az

1164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv