Donbasda şiddətli döyüşlər davam edir

media-hightechnic-468x90

83123Gecə ərzində Donbasda şiddətli döyüşlər davam edib.

Yenicag.az xəbər verir ki, separatçılar BM-21 “Qrad” reaktiv sistemi işə salıblar. Hədəf kimi Krasnoqorovka və Svobodnoe yaşayış məntəqləri seçilib. Ukrayna ordusunun mövqeləri də atəşə məruz qalıb. Ordunun 29 dəfə atəşə tutulduğu deyilir. İtki barədə hər hansı məlumat verilmir.

Debaltsevo istiqamətində döyüşün daha şiddətlə getdiyi bildirilir. Popasnıy və Qriqorovko məntəqələri isə minaatanlardan atəşə tutulub.

Qeyd edək ki, ötən gün separatçılarla Ukrayna ordusu nümayəndələri arasında əsir mübadiləsi baş tutub. 9 separtçı əsir Donetsk aeropotrunun müdafiəçilərindən olan 8 “kiborq”la dəyişdirilib. Ukrayna ordusunun “kiborq”larının əksəriyyəti ağır yaralı olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa