Donbasda yeni DÖYÜŞLƏR: Rusiya payız hücumuna başlayır, KXDR isə dəstəyə “hə” DEDİ

media-hightechnic-468x90

“Rusiya payızda Ukraynaya qarşı yenidən güclü əməliyyatlara hazırlaşır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

 

media-zeynalemreliyev1

Politoloq Çində Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında keçirilən qeyri-rəsmi görüşü şərh edib.

Onun sözlərinə görə, görüşdə bir neçə məsələyə aydınlıq gətirilib:

“Kim Çen İn və Vladimir Putin arasında keçirilən görüşdə əsas məqsəd Ukraynadakı müharibə ilə bağlıdır və müharibədəki yardımına görə Putin həmkarına təşəkkürünü bildirdi. Bu görüşdə Şimali Koreya əsgərlərinin şücaətindən bəhs olundu. Burada bir məqam var ki, gələcəkdə, ola bilər ki, Rusiyanın Şimali Koreya əsgərlərinə ehtiyacı olsun. Ona görə ki, payıza doğru Rusiyanın Ukraynaya qarşı yenidən güclü hücum əməliyyatlarına başlayacağı ilə bağlı ciddi əsaslar var. Real əməliyyat şəraitindən də görünür ki, Donbasın işğal olunmamış şəhərləri üçün Rusiya öz qüvvələrini səfərbər edərək yenidən güclü şəkildə böyük əməliyyatlara keçəcək. Mümkündür ki, yeni əməliyyatlarda KXDR əsgərlərindən istifadə edilsin. Çünki, KXDR əsgərlərinin Ukraynada döyüş təcrübəsi var”.

Z. Əmrəliyev önümüzdəki aylarda Putinin Ukraynaya qarşı davam edəcəyi əməliyyatlarda Ş. Koreya əsgərlərindən istifadə etmək ehtimalı mövcuddur:

“Bu, əslində, KXDR-ə iki məsələyə görə sərf edir: ilk növbədə, Şimali Koreya bu dəstəkdən ötrü Rusiyadan həm silah alır, həm də Rusiya əsgərləri tərəfindən onlara təlim keçirilir. Təlimdə də əsas məqsəd xüsusi təyinatlılardır. Rusiyada döyüşən KXDR əsgərlərinin böyük əksəriyyəti məhz xüsusi təyinatlı kimi yetişdirilmiş əsgərlərdir. Onlar bu təlimlərdə həm döyüş tapşırığı yerinə yetirmək, həm də Rusiya silahlarından istifadə ilə bağlı təlim alırlar. Onlar da öz ölkələrinə gedərək digər hərbçilərə bu prosesi öyrədirlər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa