!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dopinqə görə kimlər "əfv" olunacaq? - Rəsmi açıqlama

!Reklam – Yazi

İddia olunurdu ki, bəzi dopinqdə günahlandırılan ağır atletlərinin cəzalarının bitməsi və ya azaldılması üçün Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) və Beynəlxalq Antidopinq Agentliyinə (WADA) müraciət oluna bilər. Bundan ömürlüklər də, bir neçə illik cəzalandırılananlar da yararlana bilər.

Yerli quruma dopinqdə cəzalananlarla bağlı müraciət olunubmu? Bu “əfv”dən kimlər yararlana bilər?

Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyası ilə əlaqə saxladıq. Yeniçağ.az-ın suallarına cavab verən qurumun mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bunun mümkün olmadığını dedi:

“Hər hansı müraciət yolu ilə dopinq məsələsi həll olunmur, xüsusilə də konkret fərdlər üçün… Əvvəla, dopinqdən xilasın yolu ondan ümumiyyətlə, istifadə etməməkdir. İkincisi, federasiya olaraq, adını çəkdiyiniz qurumlarla ünsiyyətdəyik, müzakirələr aparırıq. Ancaq bu müzakirələr təkcə dopinqlə bağlı deyil. Yarışlar, qaydalar və başqa mövzulara toxunuruq. Dopinq ümumi problemdir və təkcə Azərbaycanla bağlı deyil. Planetar səviyyədə nə vaxt müsbətə doğru irəliləyiş olacaqsa, bizdə də həmin vaxt olacaq. Biz də istəyirik ki, idmançılarımız bağışlansın, haqq etdikləri yarışlara qatıla bilsinlər. Ancaq bunun üçün zaman keçməlidir. Səbrli olmaq lazımdır. Bu haqda məlumatlar vermişik: AAAF dopinqə qarşı ciddi mübarizə aparır. Biz düşünürük ki, dopinqsiz də nəticə əldə etmək olar və bu istiqamətdə maksimum səy göstəririk. Ötən il qatıldığımız yarışlardakı uğurlar bunu bir daha sübut edir. Yəni, yenə də qeyd edim ki, səbrli olmaq lazımdır”.
Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv