!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dost ölkələrlə Ermənistanı siyasi-iqtisadi blokadaya alacaq sazişlər imzalanmalı idi” - VİDEO

!Reklam – Yazi

Qazaxıstan sentyabrın 21-də müstəqillik gününü qeyd edən işğalçı Ermənistana jest edib.

Belə ki, Qazaxıstanın paytaxtı Nursultan şəhərindəki göydələnlərdən biri Ermənistan bayrağının rənglərinə “bürünüb”.

Azərbaycanın hər zaman böyük dəyər verdiyi və strateji tərəfdaş kimi qəbul etdiyi Qazaxıstandan işğalçı Ermənistana göstərilən bu diqqət ortaya bir sıra suallar çıxarıb.

Bu barədə Yenicag.az-a açıqlama verən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli genetik qardaşlarımız olan Qazaxıstanın belə bir addım atmasını Azərbaycan diplomatiyasının problemi kimi qiymətləndirib:

“Qonşu, dost və genetik qardaş bildiyimiz ölkələrlə siyasət elə qurulmalıdır ki, onalar düşmənimizlə düşmən ola bilsinlər. Bu, birbaşa bizdən asılıdır.

Təəssüflər olsun ki, Azərbaycan diplomatiyası nə yaxın qonşularla, nə beynəlxalq təşkilatlarla, nə də türk dünyası ilə işini fundamental, strateji milli maraqlar üzərində qurmur. Belə olanda da bu cür arzuedilməz halların yaşanması təbiidir.

Bu vaxta qədər dost, qardaş saydığımız ölkələrlə Ermənistanı siyasi-iqtisadi blokadaya alacaq ciddi sazişlər imzalanmalı idi. Dostların sayını artırmaq bizim öz əlimizdədir. Amma biz bu siyasi xətti zaman-zaman istismar etdiyimiz üçün indi belə vəziyyətlə üzləşirik”.

Aqil Bəkir

www.yenicag.az

3841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv