!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Dəniz və Liman Agentliyində aparılan auditin nəticələri elan olundu

!Reklam – Yazi

Azərbaycan Respublikası Hesablama Palatasının İş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri 2021-ci il 11 oktyabr tarixinədək strukturu üç qurumdan (Dövlət Dəniz Agentliyindən, Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərdən) ibarət olmaqla fəaliyyət göstərmiş Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra Agentlik) 01.01.2018-ci il tarixindən 11.10.2021-ci il tarixinədək olan dövrdəki fəaliyyətini və həmin dövr üzrə ümumilikdə 43,0 mln. manata yaxın dövlət vəsaitini əhatə etmişdir.

Yenicag.az xəbər verir ki, auditlə müəyyən edilmiş nəticələr əsasən aşağıdakılardan ibarətdir:

✓ dövlət sifarişinin yerinə yetirilməsi çərçivəsində dövlət büdcəsinin vəsaitlərinə olan tələbat düzgün əsaslandırılmamış, qeyri-büdcə mənbələrindən əldə olunan vəsaitlərin (gəlirlərin) faktiki, eləcə də potensial həcmləri müvafiq hədlərdə nəzərə alınmamışdır;

✓ gəmilərin beynəlxalq və kabotaj səfərləri üzrə hərəkətinin elektron uçotunun təşkili ilə əlaqədar müəyyən işlərin görülməsinə baxmayaraq, agentlikdaxili qurumların funksional fəaliyyətlə bağlı məlumatlarında eyni uçot göstəriciləri arasında fərqlər mövcud olmuş, eləcə də elektron informasiya sistemi tariflərin hesablanması meyarlarına tam cavab verməmişdir;

✓ dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı göstərilmiş xidmətlərdən tarif yığımları bir sıra gəmilər (gəmi istismarçıları və ya gəmi agentləri) üzrə vaxtında və tam həcmdə ödənilmədiyi hallarda müvafiq inzibati hərəkətlər yerinə yetirilməmiş, bu və digər səbəblər üzündən yığılması təmin edilməyən ümumi debitor borcların həcmi 2,0 mln. manatadək yüksəlmiş, eyni məzmunlu əməliyyatlar çərçivəsində 1,95 mln. manat məbləğində vəsait isə maliyyə uçotu sənədlərində debitor borc kimi tanınmamışdır;

✓ gəmi heyət üzvləri üçün hazırlıq kurslarının təşkilində, eyni zamanda xarici bayraq altında üzən və ölkənin ərazi sularına daxil olan gəmilərə agent xidmətlərinin göstərilməsində, bazarın eyni xidmətlər təklif edən digər iştirakçıları ilə müqayisədə Agentliklə faktiki olaraq müxtəlif məzmunlu digər əməliyyatlar rəsmiləşdirilmiş bir sıra şirkətlər üstün paya malik olmuşlar ki, bu da əhəmiyyətli uyğunsuzluqlar yaratmışdır;

✓ dövlət vəsaitlərinin xərclənməsi çərçivəsində dəyəri ödənilməklə alışı rəsmiləşdirilmiş malların (işlərin, xidmətlərin) mövcudluğu ilə bağlı müəyyən edilmiş nöqsanların 67,0%-i icarəyə götürülmüş yedək gəmisinin faktiki olaraq istifadə olunmaması, 14,1%-i yedək gəmisi və sürətli kater üzrə artıq yanacaq sərfiyyatı, 6,1%-i bir sıra proqram təminatları və proqram təminatlarına texniki dəstək xidmətləri, 12,8%-i isə təmir işləri, inventarlar və müxtəlif məzmunlu xidmətlərlə əlaqədar olmuşdur;

✓ dövlət satınalmaları üzrə ehtimal olunan qiymətlərin hesablanmasının rəsmiləşdirilməsi prosesində malların (işlərin, xidmətlərin) qiymətləri barədə məlumat toplamaq imkanlarından səmərəli istifadə olunmaması, eyni zamanda müqavilə şərtlərinə əməl olunmasının təmin edilməməsi hallarına əsasən dəniz buylarının, çap məhsullarının və kompyuter avadanlıqlarının alışı çərçivəsində ümumilikdə 1,0 mln. manata yaxın vəsaitə qənaət olunmamışdır;

✓ nəzarət yoxlama fəaliyyəti, gəmilərin hərəkətinin uçotu, tariflər üzrə gəlirlərin hesablanması və yığılması, dövlət satınalmalarının həyata keçirilməsi, alışların sənədləşdirilməsi və dövlət əmlakının qorunub saxlanılması sahəsində cari auditlə aşkar edilmiş nöqsanların Agentliyin və tabeliyində olmuş publik hüquqi şəxslərin auditlə əhatə olunan bütün hesabat dövrlərinə təsadüf etməklə miqyası və sistemli xarakter daşıması daxili nəzarət mühitinin (sisteminin) dövlət sektoru kontekstində sağlam meyarlara əsaslanmadığını göstərmişdir;

✓ gəmilərdə həyata keçirilmiş yoxlamaların nəticələri üzrə 552 aktdan 470-ində (85,1%-ində) 3510 adda nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edilməklə müvafiq qaydada sənədləşdirilməsinə və gəmi müfəttişliyinin nəzarət sisteminə işlənməsinə baxmayaraq cərimə məbləğlərinin tətbiqinə dair yekun qərarların qəbul edilməsi üçün ardıcıl inzibati tədbirlər həyata keçirilməmişdir.

Auditlə əhatə olunan dövrdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində ümumilikdə 9,9 mln. manat məbləğində dövlət vəsaitinin bərpa olunması və uzun müddət ərzində yığılmamış 1,03 mln. manat məbləğində debitor borcların ödənilməsi təmin edilmiş, eyni zamanda funksional fəaliyyətin zəruri meyarları nəzərə alınmaqla proqram təminatının yaradılması, gəmilərə agent xidmətləri göstərən bütün hüquqi və fiziki şəxslərlə hüquqi münasibətləri tənzimləyən müqavilələrin bağlanması, daxili audit xidmətinin fəaliyyətinin təşkil olunması, gəmi heyəti üzvlərinə ixtisas şəhadətnamələrinin və təsdiqnamələrin verilməsi üzrə ixtisas imtahanlarının proqram təminatının təkmilləşdirilməsi istiqamətlərində tədbirlərin reallaşdırılmasına nail olunmuşdur.

Dövlət satınalmalarının həyata keçirilməsini tənzimləyən hüquqi aktların tələblərinin gözlənilməsi, o cümlədən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması və əlavə xərclərin qarşısının alınması, müqavilə şərtlərinə əməl olunmasına daxili nəzarətin gücləndirilməsi, eləcə də aktivlərin və öhdəliklərin növbədənkənar inventarizasiyasının aparılması da auditin nəticələri üzrə verilmiş təkliflərin sırasında yer almışdır.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv