Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Dövlət idarəçiliyində islahatlar davamlı olacaq” - Mübariz Qurbanlı

“Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla bərabər, kadr islahatları da həyata keçirilir”.

Yenicag.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, islahatlar vaxtı çatmış məsələlərin həll edilməsi üçün aparılır: “Prezident İlham Əliyev bu günlərdə bildirdi ki, islahatlar daha da dərinləşəcək, o cümlədən daha gənc kadrların dövlət idarəçiliyinə gətirilməsi istiqamətində addımlar atılacaq. Bununla əlaqədar olaraq vəzifədə olan, Azərbaycan qarşısında, dövlət quruculuğunda və sosial-iqtisadi sahədə xidmətləri olan bəzi şəxslər müəyyən yaş həddinə çatdıqları üçün özləri müraciət edirlər, cənab Prezident də onların istefalarını qəbul edir. Bu bir prosesdir”.

M. Qurbanlı qeyd edib ki, dövlət idarəçiliyində islahatlar davamlı olacaq: “Bütün dünyada dövlət idarəçiliyində islahatlar həyata keçirilir. Azərbaycan da müstəqil dövlətdir və bu sahədə islahatlarını davam etdirir”./APA/

www.yenicag.az

4236
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM