Dövlət qulluğu vəzifələrinə vakansiya

media-hightechnic-468x90

79348Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dekabrın 12-dən 9 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 37 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
Komissiyadan  verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 36-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apelyasiya məhkəmə orqanının aparatındadır.

Ümumi müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu dekabrın 12-dən yanvarın 5-ə qədər saat 18:00-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 12 dekabr tarixli nömrəsində və dekabrın 12-dən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında – www.dqmk.az veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600