!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

!Reklam – Yazi

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, imtahanda iştirak üçün 72 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı sentyabrın 11-də keçiriləcək.

İmtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahana qeydiyyat 2022-ci il avqustun 11-dən 9 sentyabr saat 14.00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv