!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluqçularının fəaliyyəti QİYMƏTLƏNDİRİLDİ

!Reklam – Yazi

2020-ci il ərzində dövlət orqanlarında qulluq keçən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, ümumilikdə 2020-ci il üzrə mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, yerli icra hakimiyyəti orqanları və məhkəmələr üzrə inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan 11261 dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilib, onlardan 2228-nin fəaliyyəti əla, 6603-nün fəaliyyəti yaxşı, 2395-nin fəaliyyəti qənaətbəxş, 35-nin fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib.

Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq 63 dövlət qulluqçusu rəhbər vəzifələrin tutulması məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilmiş, 11 dövlət qulluqçusuna vəzifə maaşının 1 misli, 6 dövlət qulluqçusuna qiymətli hədiyyələr, 6 dövlət qulluqçusuna isə növbəti ixtisas dərəcəsi verilməsi üçün müvafiq təqdimat verilib.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv