Reklam

Reklam

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.

Yenicag.az xəbər verir ki, 2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun (DSMF) gəlirləri 3 578,76 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və yaxud 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və yaxud 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və yaxud 5,4% çoxdur.

Gələn il Fondun xərcləri isə gəlirləri qədər və yaxud 3 578,76 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və yaxud 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və yaxud 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və yaxud 2,6% çoxdur.

Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.

2018-ci ildə əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və yaxud 12%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və yaxud 6%, gözlənilən icra göstəricisindən isə 109 mln. manat və yaxud 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3,407 mlrd. manatı və yaxud 97,5%-i qədər vəsait ayrılacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 945
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."