Reklam: High Technic
hightechnic

"Xalqa qarşı hər hansı bir təhlükə yaradılarsa..." - Ramaldanov

Reklam: Sinerji Pro

Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.

Bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa.az)

Məsələni Yenicag.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ölkə daxilində siyasi sabitliyin qorunması və qanunda nəzərdə tutulan digər məsələlərin Silahlı Qüvvələrə tapşırılması doğru addımdır:

Şair Ramaldanov

“Əvvəllər Silahlı Qüvvələr deyiləndə, Müdafiə Nazirliyinə tabe olan bir qurum nəzərdə tutulurdu. İndi isə belə deyil. Silahla təmin olunan digər qurumlar da artıq Silahlı Qüvvələrə tabedir. Həmin bu qanunda da onlara aid olan tapşırıqlar yer alıb. İstər bölgələrdə, istərsə də daxildə dövlətçiliyə, xalqa qarşı hər hansı bir təhlükə yaradılarsa, Silahlı Qüvvələrdən istifadə edilə və güc qüvvəsi kimi əraziyə cəlb oluna bilər. Qanunda nəzərdə tutulan məsələlər isə Silahlı Qüvvələrə tabe olan digər qurumların vəzifə borclarıdır. Məhz bu səbəbdən də heç bir narahatçılığa səbəb yoxdur.

Xatırladım ki, 1994-1995-ci illərdə ölkəmiz üçün təhlükə yaranarkən, Müdafiə Nazirliyinin hərbi hissələri tərəfindən qiyamın qarşısı alınmışdı. Bu, artıq istisna haldır. İnanıram ki, daha ölkəmizdə bu cür vəziyyətlər yaranmayacaq”.

Elvin Paşazadə

www.yenicag.az

2015