!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlətin tənha insanlarımıza qayğısı karantindən sonra da azalmamalıdır” – Sosioloqdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Karantin rejiminin sərt qaydaları insanlarda xeyirxahlıq hissini xeyli artırıb və bu, çox təqdirəlayiq haldır”.

Karantin rejiminin tətbiqindən sonra dövlət tərəfindən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara isə sosial xidmət müəssisələrində yardım edilməsi təmin olunub. Bu çərçivədə sosial tərəfdaşlar vasitəsilə artıq 17 min civarında ərzaq payı tənha və əlilliyi olan vətəndaşlara çatdırılıb. Hazırda bu proses davam etdirilir.

“Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı Yenicag.az-a açıqlamasında tənha yaşlılara göstərilən sosial xidmətlərin müsbət nəticələrindən danışıb.

Lalə Mehralıya görə, karantin rejiminin sərt qaydaları insanlarda xeyirxahlıq hissini xeyli artırıb və bu, çox təqdirəlayiq haldır:

“Karantin rejiminin insanlara xatırlatdığı müsbət əməllərdən biri də yardımlaşma və paylaşmaqdır. Hazırda tənha insanlara edilən yardımlar karantin rejimi yekunlaşdıqdan sonra zəifləyə bilər, amma bu yardımlaşma tamamilə aradan qalxmayacaq.

Çünki insanlar artıq kimlərin tənha və yardıma ehtiyacı olduğunu bilirlər. Yardımlar karantin rejimindəki qədər çox olmasa da, həmin şəxslərə dəstək yenə davam edəcək.

Ümumilikdə çətin anlarda dövlətin tənha insanlara dayaq olması çox vacibdir. Karantin rejimi bitdikdən sonra da dövlətin həmin vətəndaşlara qayğını azaltmaması doğru addım olardı. Tənha insanların gözü həmişə yolda qalır və ona görə də bu şəxslərin yanında olmaq vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv