!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Döyüşə hazırlaşan millət vəkili: “Məqsədimiz uşaqları küçələrdən yığıb, idman zallarına gətirməkdir”

!Reklam – Yazi

Millət vəkili, Kikboks Federasiyasının prezidenti Adil Əliyev Yeniçağ.az-a müsahibə verib. O, növbəti dəfə yarışa çıxacağını deyib.

– Raquf Orucovun adına beynəlxalq yarışın təşkilatçısı sizsiniz?

– Bu tədbiri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi ilə həyata keçirtdim. Tədbiri “Judo Club 2012” təşkil edir. Mən də həmin klubun təsisçilərindən biri olduğum üçün bu yarışın təşkilində əməyim var. Yəqin ki, hər kəs anlayır ki, həmin tədbir necə böyük əhəmiyyət kəsb edib. Çünki bu cür yarışlar Azərbaycanda vətənpərvər gəncliyin yetişməsi üçün önəmlidir.

– Bu münasibətlə kimlərə dəvət göndərmisiz? Təklifinizi kim qəbul edib?

– İlk növbədə öz həmkarlarımı dəvət etmişəm. Sosial şəbəkədə dostluq siyahımızda olanları, media rəhbərlərini və üzvlərini, bütün idmansevərləri dəvət etmişəm. Sağ olsunlar ki, hamısı dəvətimi qəbul edib gəlib.

– Bir az öncə dediniz ki, klubun təsisçisiyəm. Neçə klub təsis etmisiz?

– Azərbaycan Kikboks Federasiyasının Prezidentiyəm. Bir də idmana elə cüdo ilə başladığım, bu növlə məşğul olduğum üçün “Judo Club 2012”ni təsis etmişik.

– Rəhbəri olduğunuz federasiyanın yığmasında əcnəbi idmançı yoxdur. Bəs məşqçilər korpusundan legioner gətirmək üçün sizə təklif verilib?

– Çünki mən əcnəbi idmançıların gətirilməsinin, onların “milliləşdirilməsinin” əleyhinəyəm. Əgər bu gün Azərbaycanda onlara cavab verəcək idmançılar varsa, nəyə görə əcnəbiləri gətirməliyəm? Öz idmançılarımızla ölkəmizi layiqincə təmsil edə biliriksə legionerlərə, əcnəbilərə bir o qədər önəm vermirik.

– Bu gün kikbokçularımız etimadınızı nə qədər doğrulda bilir?

– Bu gün Kikboks Federasiyası gəncləri, yeniyetmələri Azərbaycan ordusuna əsgər kimi yetişdirir. Eyni zamanda beynəlxalq arenalarda ölkəmizi təmsil edən idmançılar hazırlamaqla məşğuluq. Amma Ali Baş Komandanımızın dediyi kimi məqsədimiz o deyil ki, sırf Avropa və Dünya çempionları yetişdirək. Məqsədimiz küçələrdən, kafelərdən, çayxanalardan uşaqları yığıb, idman zallarına gətirmək, onların sağlam mühitdə böyüməsinə yardımçı olmaqdır.

– Ötən il yarışa qatıldız və qələbə qazandız. Yenə yarışa çıxmağı düşünürsüz?

– Bu bir festival idi. Belə festivallar hər il keçirilir. Mən də vaxt olduqca elə tədbirlərdə, yarışlarda iştirak edirəm. İnşallah, ya bu ilin sonu, ya da gələn il yenə həmin yarışa qatılacam.

– Necə hazırlaşırsız? Harada məşq edirsiz?

– Əsas odir ki, məşqə vaxt tapıram. Düzdür, bayramlar oldu, məşq edə bilmədim və bunun nəticəsində də çəkim artdı. Amma artıq çəkidən qurtulmaq üçün yay aylarında məşqlərə başlayacam.

 

Aygün İlqarqızı
Fotolar Cəmalə Əliqızı

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv