“Donald Tramp hakimiyyəti üçün gerçək təhlükənin yetişdiyini gördükdə, müharibəyə başlayacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın İran ətrafında hərbi texnika və canlı qüvvə cəmləşdirməsinin praktik davamı haqda ehtimalı dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadənin fikrincə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması ilk növbədə Amerikanın daxili siyasi vəziyyəti ilə şərtlənəcək:
“Bəli, ABŞ İran ətrafına kifayət qədər hərbi texnika və canlı qüvvə yerləşdirməkdədir. Ancaq Donald Trampın müharibəyə başlaması ABŞ-ın daxili siyasi vəziyyətindən asılı olacaq.
Əgər Tramp hakimiyyətinin laxladığını və yeni müddətə seçilmək şansının kəskin azaldığını görərsə, o zaman vəziyyətini düzəltmək üçün müharibəyə başlamaq qərarı verəcək. Yox, əksinə olarsa, yəni Tramp hakimiyyəti üçün təhlükə görməsə, onun təhdidləri sözdən irəli getməyəcək.
Ancaq o da nəzərə alınmalıdır ki, ABŞ-ın İrana qarşı müharibəyə başlaması Trampa hakimiyyətini itirməsindən dəfələrlə baha başa gələcək”.
A.Zeynalov
www.yenicag.az