!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Yenicag.az xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.

SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı, bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha sübut etdi. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib.

Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Azərbaycanlılar bu bayramı qələbə əhval-ruhiyyəsində qeyd edir. 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-na qədər davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edib, torpaqlarımız işğaldan olunub. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, siyasi iradəsi, xalqın Ali Baş Komandana dəstəyi, ordumuzun sürətli əməliyyatları qələbəni şərtləndirib.

Bu gün region ölkələri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.

www.yenicag.az

134
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100