Dünya Bankı 2026-cı ildə xammal qiymətlərinin azalacağını proqnozlaşdırır

media-hightechnic-468x90

Dünya Bankı (DB) gələn il xammal qiymətlərinin son altı ilin ən aşağı səviyyəsinə düşəcəyini proqnozlaşdırır.

Yenicag.az xəbər verir ki, bu azalma ardıcıl dördüncü il davam edəcək.

Qiymətlər həm 2025-ci, həm də 2026-cı illərdə 7% azalacaq. Bu azalma zəif qlobal iqtisadi artım, neft təchizatının artması və davam edən siyasi qeyri-müəyyənliklə əlaqədardır.

“Ərzaq məhsullarının qiymətləri də azalır. 2025-ci ildə 6,1%, 2026-cı ildə isə 0,3% azalma gözlənilir”, – bankın mütəxəssisləri qeyd edirlər.

Bununla yanaşı, onlar vurğulayırlar ki, qiymətli metalların, xüsusilə də qızılın dəyəri artır.

“Qızılın qiymətinin 2025-ci ildə 42% artacağı gözlənilir. Proqnozlara görə, növbəti il daha 5% artım olacaq. Bunun nəticəsində qızılın qiyməti 2015–2019-cu illər üzrə orta göstərici ilə müqayisədə demək olar ki, ikiqat artacaq. Gümüşün orta qiymətinin də 2025-ci ildə rekord səviyyəyə çatacağı, 34% artacağı və 2026-cı ildə daha 8% yüksələcəyi gözlənilir”, – hesabat müəllifləri yazırlar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa