Dünya Bankı Ukraynaya 40 milyon dollar ayıracaq

media-hightechnic-468x90

Dünya Bankı Rusiyanın hücumlarından sonra zərər görmüş enerji sisteminin bərpası məqsədilə lazım olan avadanlıqların alınması üçün “Ukrenergo” Milli Enerji Şirkətinə 40 milyon ABŞ dolları vəsait köçürməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Dünya Bankının əməliyyatlar üzrə idarəedici direktoru Anna Byerde ilə keçirilən görüşün nəticələrinə dair “X” sosial şəbəkəsində paylaşım edib.

Şmıqal qeyd edib ki, Anna Byerde ilə apardığı müzakirə zamanı Dünya Bankına Ukraynaya, xüsusilə də enerji sektoruna göstərilən davamlı dəstəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, tərəflər növbəti maliyyə yardımı barədə razılığa gəliblər və bu çərçivədə Dünya Bankı enerji sisteminin bərpası üçün zəruri avadanlıqların alınmasına “Ukrenergo”ya 40 milyon dollara qədər maliyyə ayırmağı nəzərdə tutur. O əlavə edib ki, enerji sisteminin dayanıqlığının artırılması istiqamətində birgə iş davam etdirilir./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa