Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünya ədəbiyyatının QADIN AVTORİTETLƏRİ - Son 10 ilin ən güclüsü kimdir? - REYTİNQ

Dünya ədəbiyyatında “hökm edən” qadın avtoritetlərin yeni reytinqi açıqlanıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, qadın yazıçılarının reytinqini “LitRes” elektron və audiokitab tədqiqat xidməti müəyyənləşdirib.

Hesabata əsasən, siyahıda ilk yeri “Sonra” romanlar seriyasının müəllifi Anna Todd tutub.

Harri Potter haqqında romanlar silsiləsinin yaradıcısı Coan Roulinq 2-ci, “50 çalar” trilogiyasının müəllifi Erika L. Ceyms isə 3-cü olub.

Siyahıdakı növbəti yerləri “Yemək, dua etmək və sevmək” və “Qadınlar şəhəri” bestsellerinin müəllifi Elizabet Gilberq ilə “Saka quşu” romanının müəllifi, detektiv janrının ustası Donna Tartt tutub.

Qeyd olunur ki, adları çəkilən qadın yazıçıların əsərləri on milyonlarla tirajla nəşr edilib və onların əsasında çoxsaylı filmlər çəkilib.

www.yenicag.az

170
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100