Dünya iki supergücün ixtiyarında: Tramp Pekində yeni dünya düzənini imzalayır?

media-hightechnic-468x90

“Vaşinqton və Pekin arasında gizli və açıq bazarlıq gedir”

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Bakir Həsənbəyli ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin pərdəarxası məqamlarını şərh edərkən bildirib.

Politoloq qlobal siyasətin kritik mərhələyə daxil olduğunu vurğulayıb:

“Dünya siyasəti ən təhlükəli mərhələlərdən birinə qədəm qoyub. Yaxın Şərqdə genişlənən müharibə, Hörmüz boğazındakı faktiki blokada və enerji bazarlarındakı şok artıq qlobal böhran xarakteri daşıyır. Vaşinqton və Pekin arasındakı razılaşmanın bu iqtisadi depressiyanı dayandıra biləcəyi isə hələ də sual altındadır. ABŞ və İsrailin İrana qarşı əməliyyatı gərginliyi yeni mərhələyə keçirib. Tehranın nüvə və hərbi infrastrukturuna endirilən zərbələrdən sonra İran Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirməklə dünyanın ən həssas nöqtəsinə təzyiq etməyə başladı. Hazırda boğaz rəsmən bağlanmasa da, praktiki olaraq ciddi məhdudiyyətlərlə işləyir. Minalanma xəbərləri və gəmilərə tətbiq edilən qadağalar dünya neftinin dörddə birinin keçdiyi bu marşrutda tanker trafikini 70-90 faiz azaldıb”.

B. Həsənbəyli qeyd edib ki, Tehran bu vəziyyətdən həm hərbi təzyiq, həm də maddi qazanc vasitəsi kimi istifadə edir:

“İran bu məsələni yeni regional düzənin əsas elementi kimi görür və boğaz üzərində mütləq nəzarətə can atır. Bu, ABŞ-ın bölgədəki onilliklərlə formalaşmış təhlükəsizlik arxitekturasına birbaşa meydan oxumaqdır. Vaşinqton isə buna cavab olaraq ticarət gəmilərini hərbi konvoylarla müşayiət etməyi planlaşdırır”.

Ekspertin fikrincə, ABŞ-İran müharibəsindəki atəşkəsin əsas memarı məhz Çindir:

“Müharibənin gedişatında diplomatik kanalların ön plana çıxmasının əsas səbəbi Pekindir. Trampın Çin səfəri sadəcə protokol görüşü deyil; bu, yeni dünya düzəninin müzakirə platformasıdır. Vaşinqton anlayır ki, Tehran üzərində real təsir imkanına malik yeganə güc Çindir. İranın iqtisadi asılılığı Pekini əsas vasitəçiyə çevirib. Tehran da öz növbəsində Çinin Hörmüz boğazının təhlükəsizlik mexanizmlərində iştirakına ‘yaşıl işıq’ yandırmaqla geosiyasi xəritəni dəyişir.

Hazırda pərdəarxasında sərt bazarlıq gedir: Çin Tayvan məsələsində Vaşinqtondan daha qəti və rəsmi mövqe tələb edir. Bunun müqabilində isə Tramp Pekindən İranı cilovlamağı və Hörmüz böhranını yumşaltmağı gözləyir. Əgər tərəflər arasında minimum anlaşma əldə olunarsa, dünya iqtisadiyyatı nəfəs alacaq. Əks halda, qlobal sistem çox daha ağır bir çökmə mərhələsinə qədəm qoyacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05