İtaliyada dünya irsi obyektlərinə qarşı növbəti vandalizm aktı baş verib.
Yenicag.az xarici kiv-ə istinadən xəbər verir ki, fransalı 19 yaşlı turist Pizanın əyilmiş qülləsinin sütunlarından birinin üzərində adının baş hərfləri və sevgilisinin adı yazılmış ürək şəkilli rəsm çəkib. O, təsviri iti cisimlə cızıb.
Bildirilir ki, qadın saxlanılıb. Turist “ağırlaşdırıcı şəraitdə milli arxeoloji, tarixi və bədii irsə ziyan vurmaqda” ittiham olunur.
İtaliyada belə bir vandalizm cinayətinə görə 15.000 avroya qədər cərimə nəzərdə tutulur.
Mənbə: TASS
www.yenicag.az